Səhiyyə Nazirliyinə 1,8 milyon manat ayrıldı
Ölçü:


Prezident İlham Əliyev Azərbaycan Respublikasında səhiyyə sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Koordinat.az
xəbər verir ki, sərəncama əsasən, Respublika Talassemiya Mərkəzinin yeni nəsil sekvenləşdirmə sistemi ilə təmin olunması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 1,8 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

08.11.2018 18:13:00
Oxuma sayı: 276