Bakıda metropo üçün 10 dizel stansiyası tikilir
Ölçü:


”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarının alternativ enerji mənbəyi ilə təmin edilməsi ilə bağlı işlərini davam etdirir.

Koordinat.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib. Onun sözlərinə görə, artıq yeni tikilməkdə olan Bənövşəyi xətt üzərində dizel elektrik stansiyası inşa edilir: “Bakıya elektrik verilişi dayanarsa, həmin stansiya metropolitenin bütün fəaliyyətini, hətta qatarların hərəkətini təmin edəcək. Qırmızı və Yaşıl xətlər üzrə hərəkətin alternativ enerji ilə təmin edilməsi məsələsini iki mərhələdə həll etmişik. Birincisi, iki dizel elektrik stansiyası almışıq. Paytaxtın elektrik enerji sistemində uzunmüddətli fasilə olsa, bu stansiyalar vasitəsilə həmin xətlər üzrə baş verə biləcək subasmanın qarşısı alınacaq. Digər layihə isə ondan ibarətdir ki, artıq “Azərişıq” ASC ilə danışıqlar aparmışıq. Danışıqlara görə, “Azərişıq” ASC-nin 10 yarımstansiyasında dizel elektrik stansiyası qurulur. Elektrik enerjisi qəfil kəsilən an həmin dizel stansiyaları avtomatik işə salınacaq və həmin xətlərlə metroya elektrik enerjisi ötürüləcək. Həmin dizel stansiyaları metronu tam olaraq elektrik enerjisi ilə təmin edəcək, qatarların yavaş sürətlə hərəkətini bərpa edəcək”.
08.11.2018 17:42:00
Oxuma sayı: 299