Bütün məktəblərdə istilik sistemi noyabrın 15-dən işə düşəcək
Ölçü:


“Azərbaycanın bütün məktəblərində istilik sistemləri hər il olduğu kimi, bu il də noyabr ayının 15-dən işə düşəcək”.

Koordinat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildiriblər. Qeyd olunub ki, Bakı və regionlardakı təhsil müəssisələrinin qış mövsümünə hazırlığı ilə bağlı bu ilin yayından müvafiq işlər aparılır: “Qarşıya çıxan problemlər aradan qaldırılır. Bəzi təhsil müəssisələrində daxili istilik sistemində problemlər olmasa da, müəyyən çətinliklər aşkarlanır. Bu məsələlərin həlli istiqamətində cavabdeh qurumlarla işlər aparılmaqdadır”.

08.11.2018 17:30:44
Oxuma sayı: 606