Rusiyada helikopter qəzaya uğrayıb –1 ölü, 3 yaralı
Ölçü:


Rusiyanın Tver vilayətində “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Koordinat.az xəbər verir ki, bunu vilayətin Səhiyyə İdarəsindən bildiriblər. Qeyd olunub ki, bu, ilkin informasiyadır, ölən və xəsarət alanların sayı dəqiqləşdirilir.

Hadisə yerinə xilasedicilər və həkim briqadası cəlb olunub/Report.

08.11.2018 17:04:00
Oxuma sayı: 345