Cərimələrdən toplanan vəsaitlər kimlərin maaşına yönəldilir?
Ölçü:


Deputat Qüdrət Həsənquliyev parlament iclasında büdcə müzakirələri zamanı deyib ki, Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin 2 faizi onların əmək haqlarına yönəldilsin.

Koordinat.az xatırladır ki, Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin 25 faizinin 5 faizi, dövlət rüsumu haqqında qanuna uyğun olaraq toplanan rüsumların 25 faizinin 5 faizi Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilir. Qüdrət Həsənquliyev Milli Məclisin dünənki iclasında belə bir fikir səsləndirib: "Niyə Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin 25 faizinin 5 faizi, Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilir? Bizim onlardan nəyimiz əskikdir?"
08.11.2018 15:34:00
Oxuma sayı: 730