Müavinətlər artırılacaq - 5-10 faiz yox, daha çox
Ölçü:


“Bu il biz parlamentə müavinətlərin sosial inteqrasiyası və artırılması ilə bağlı layihə təqdim edəcəyik. Söhbət 5-10 faizdən deyil, əhəmiyyətli dərəcədə artımdan gedir. Bunun üzərində hazırda işləyirik. Düşünürəm ki, bu müavinətlər təyinatlı olmalı, haqqı çatan və ehtiyacı olan ailələr bunu almalıdır”.

Koordinat.az
-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib. Onun sözlərinə görə, elə ailələr olacaq ki, onlar ünvanlı sosial yardım almaqda davam edəcəklər: “Bura çoxuşaqlı ailələr, əmək qabiliyyəti olmayan şəxslər, yaşlı insanlar daxildir. Bu proqrama sosial müavinətlərin identifikasiyası ilə bağlı bir birgə proqramda baxılacaq. Çünki burada təkrarlanan və eyni kateqoriyaya daxil olan şəxslər daxildir. Bu istiqamətdə aktiv iş gedir”.

Nazir müavini qeyd edib ki, növbəti ildə ehtiyac meyarının artırılması ilə bağlı ümumi sosial yardım proqramına 172 milyon manat ayrılıb.
08.11.2018 13:54:00
Oxuma sayı: 410