Sahibkar-deputat: "Ünvanlı sosial yardım ləğv olunsun"
Ölçü:


“Bu gün Azərbaycanda doğum əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bunun qarşısının alınması istiqamətində yeni doğulan uşaqlara ayrılan müavinətin həcmi artırıla bilər”.

Koordinat.az
-ın məlumatına görə, bunu sahibkar-deputat Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında  söyləyib. O, bildirib ki, bir çox ailələr yeni doğulan uşağa ayrılan birdəfəlik müavinəti əldə etməyi özünə sığışdırmır:  “Çünki yeni doğulan uşağın xərci ona ayrılan müavinətin rəqəmindən 10 dəfə çoxdur. Bu baxımdan heç olmasa ailələrdə ikinci və üçüncü uşaqlar dünyaya gələndə onlar üçün birdəfəlik müavinətin məbləği birinci uşaqla müqayisədə 100-200 manat artıq olsun. Bu, gənclərimizi stimullaşdıra bilər”.

Elmira Axundova qeyd edib ki, hazırda ən çox rast gəlinən problemlərdən biri ünvanlı sosial yardımla bağlıdır: “Ünvanlı sosial yardım birdəfəlik ləğv olunsa daha yaşı olar. Bunun tamamilə özünüməşğulluqla əvəz olunması daha təqdirə layiq olar. Ünvanlı sosial yardım uşaq pulu ilə də əvəz oluna bilər”.
08.11.2018 12:36:02
Oxuma sayı: 120