Daha bir süpürgəçini maşın vurub öldürdü - FOTO
Ölçü:


Daha bir süpürgəçi qadını avtomobil vuraraq öldürüb.

Koordinat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılmış məlumatı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov təsdiqləyib. O bildirib ki, hadisə bu gün səhər saatlarında metronun "Neftçilər" stansiyası yaxınlığında qeydə alınıb: “Piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 90 DX 135 “Hunday” markalı avtomobil 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Təəssüf ki, qadın hadisə yerində dünyasını dəyişib”.

V.Əsədov bildirib ki, sürücü Şirinov Murğuz Yavər oğludur. Faktla bağlı araşdırma başalyıb.
08.11.2018 11:46:00
Oxuma sayı: 183