Büdcənin 3/1-i tikintiyə xərclənəcək - "Bundansa yeni zavod tikilsin..."
Ölçü:


2019-cu il dövlət büdcənin üçdəbir hissəsinin tikintiyə ayrılması deputatlar arasında narazılıq yaradıb.

Koordinat.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlament komitələrinin birgə iclasında büdcə müzakirələri zamanı narazılığını dilə gətirib. O, deyib ki, gələn ilin büdcəsindən 7 milyard manat pul tikinti işlərinə ayrılıb: "Həmin 7 milyard hansı sahələrə ayrılacaq? Ümumi şəkidə dəmiryol, neft şirkətinə ayrılması qeyd olunub. 60 yeni layihə maliyyələşdiriləcək. 114 obyekt isə istifadəyə veriləcək. Büdcənin təxminən üçdəbir hissəsinin tikintiyə ayrılması nə dərəcədə düzgündür? Ondansa yeni zavod tikilsə yaxşı olar. Hər hansı texnogen qəza şəhərin böyük hissəsini fəlakətlə üz-üzə qoyacaq. Bu yaxınlarda SOCAR-ın zavodundan kislota dağıldılmışdı. İki gün şəhərdən iy getmədi”.
07.11.2018 13:22:00
Oxuma sayı: 445