Əməkhaqqından tibii sığorta haqqı tutulmayacaq - sistemin işə düşməsi daha bir il ləngiyir
Ölçü:


2019-cu ildə icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiq olunması üçün yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə 2020-ci ildən başlanması gözlənilir.

Koordinat.az
xəbər verir ki, bu barədə Milli Məclisin (MM) komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında bildirilib. Qeyd olunub ki, gələn il icbari tibbi sığortaya 224 mln. manat ayrılması nəzərdə tutulub.

İqtisadçı Vüqar Bayramov icbari tibbi sığorta sisteminin tətbiqin gecikdirilməsinin gözlənilən olduğunu bildirib. O, "Facebook" səhifəsindəki şərhində bildirib ki, hələlik dövlət xəstəxanaları tam olaraq icbari tibbi sığortanın tətbiqinə hazır deyil: "Bu sığorta növünün tətbiqi üçün qeyri-leqal məşğulluğun minimumlaşdırılmasına, sığorta şirkətləri ilə hospitalların münasibətlərinin tənzimlənməsinə ehtiyac var”.

Ekspert əlavə edib ki, sığorta paketlərinin məbləği, ödənişin işçi və işə götürən arasında necə bölüşdürülməsi kimi məsələlər də açıq qalıb: “Buna görə də, gələn il əmək haqlarından icbari tibii sığorta ayırması tutulmayacaq”.
07.11.2018 11:14:46
Oxuma sayı: 309