Tanınmış ekspertdən "Space" TV-nin rəhbərinə ironik xahiş
Ölçü:


Təhsil eksperti Etibar Əliyev "Space" Televiziyasının rəhbəri Vaqif Mustafayevə açıq məktubla müraciət edib.

Koordinat.az
tanınmış ekspertin "Facebook" vasitəsilə yaydığı həmin məktubu təqdim edir:

"Hörmətli Vaqif müəllim!

Sizdən xahiş edirəm ki, Elçin Əlibəylinin verilişinin əvəzinə də hind filmləri verəsiniz. Əlibəyli yoldaşın verilişlərində həmişə dava düşür. Ancaq davalı, sevgili hind filmləri bundan daha maraqldır.
Yəqin tanıdınız məni. Bir neçə dəfə sizdən hind filmi xahiş etmişəm. Əskik olmayasınız, imkan daxilində nəzərə almısınız. Düşünürəm ki, bu təklifimə də müsbət yanaşacaqsınız. Zatən Elçinin özünün hind filmlərindəki mənfi qəhrəmanlara oxşaması sizi qətiyyən narahat etməsin.

Dərin hörmətlə;
Etibar Əliyev"
07.11.2018 10:40:47
Oxuma sayı: 777