Azərbaycan büdcəsində adambaşına 1377 dollar gəlir proqnozlaşdırılıb
Ölçü:


İqtisadçı alim Qubad İbadoğlu keçmiş SSRİ-nin neft və qazla zəngin olan 3 ölkəsində 2019-cu il üçün proqnozlaşdırılan büdcə gəlirləri və onun adambaşına bölgüsünü müqayisə edib.

Koordinat.az xəbər verir ki, Qubad İbadoğlunun dediyinə görə, gələn il Rusiyada büdcə gəlirləri 296 milyard (adambaşına 2050 dollar), Qazaxıstanda 31,5 milyard (adambaşına -1711 dollar), Azərbaycanda isə 13,5 milyard dollar (adambaşına - 1377 dollar) olacaq.

"Azərbaycanda növbəti il üçün proqnozlaşdırılan büdcə gəlirlərində neft sektorundan daxilolmalar 59,8 faiz təşkil edir. Odur ki, gələn il üçün 5,4 milyard dollarlıq qeyri-neft büdcəsi gözlənilir" - deyə, Qubad İbadoğlu əlavə edib.

Xatırladaq ki, 2019-cu ildə Gürcüstanda qeyri-neft büdcəsi adambaşına 1000 dollar, Azərbaycanda isə 551 dollar təşkil edəcək.
07.11.2018 10:09:06
Oxuma sayı: 162