Ruhani ABŞ-ın sanksiya qərarına sərt reaksiya verdi
Ölçü:


ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar qüvvəyə minib.

Koordinat.az
xəbər verir ki, bununla bağlı ABŞ-dan verilən rəsmi bəyanata görə, sanksiya İranın neft satışı ilə yanaşı, bütün enerji sektorunu, həmçinin, bankçılıq və gəmiçilik sahələrini də əhatə edəcək.

Onu da qeyd edık ki, bu sanksiya siyahısından yalnız 8 ölkənin kənarda saxlanılacağı bildirilib. Yəni bu 8 ölkənin İranla ticarətinə sərbəstlik tanınacaq. Həmin ölkələrin adları isə Bakı vaxtı ilə bu gün  saat 17.00-da açıqlanacaq.

Bu arada isə İran prezidenti Ruhani bəyanat verib. O, sanksiyadan çəkinmədiklərini bildirib. Əlavə edib ki, qadağalara baxmayaraq, İran neft satışını həyata keçirəcək: “Bu bu sanksiyanı dəlib, keçəcəyik”.
05.11.2018 16:38:59
Oxuma sayı: 359