Paşinyan yenidən Qarabağa gəldi - 6 ayda 4-cü dəfə
Ölçü:


Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər edib.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Azərbaycanın işğal altındkı ərazisində Paşinyanı Qarabağ separatçılarının lideri Bako Saakyan qarşılayıb.

Səfər barədə daha detallı məlumat verilməyib. Amma istisna deyil ki, Ermənistan parlamentinin buraxılmasından və növbədənkənar seçki tarixi barədə qərar açıqlandıqdan sonra N.Paşinyanın qəfildən Dağlıq Qarabağa gəlməsi daxili auditoriyaya hesablanıb.

Xatırladaq ki, Nikol Paşinyan bu ilin mayında Ermənistanın baş naziri seçilib. O, bu vəzifədə olduğu 6 ay ərzində işğal altındakı Dağlıq Qarabağa 4-cü dəfə səfərə gəlib.
02.11.2018 09:49:04
Oxuma sayı: 186