Gələn ilin büdəsində təhsil xərcləri 230 milyon manat artırılır
Ölçü:


2018-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə növbəti ildə (2019-cu il) dövlət büdcəsi xərclərinin funksional təsnifatı üzrə 10 bölmə üzrə artım, 4 bölmə üzrə isə azalma nəzərdə tutulur.

Koordinat.az
-ın məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib. Sənəddə göstərilib ki, mütləq ifadədə ən böyük artımlar – “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsində 1740,3 milyon manat, “Səhiyyə” bölməsində 308,9 milyon manat, “Ümumi dövlət xidmətləri” bölməsində 243,2 milyon manat, “Təhsil” bölməsində 230,6 milyon manat, “Sosial müdafiə və sosial təminat” bölməsində 210,3 milyon manat, nisbi ifadədə isə “Səhiyyə” bölməsində 41,8 faiz, “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsində 34,1 faiz, “Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq” bölməsində 12,1 faiz gözlənilir.
01.11.2018 15:02:00
Oxuma sayı: 356