Saakaşvili təcridxanada aclıq aksiyasına başlayır
Ölçü:


Kiyevdə təcridxanada saxlanan Mixeil Saakaşvili müddətsiz aclıq aksiyasına başlayır.
 
Koordinat.az
xəbər verir ki,  bu barədə "112 Ukrayna" məlumat yayıb. Saakaşvilinin vəkili Ruslan Çernolutski bildirib ki,  müvəkkili ona qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu və siyasi xarakter daşıdığını deyib.

“Hakimiyyət məni yalançı ittihamlarla həbs edib. Bununla sizi qorxutmaq istəyirlər”, Saakaşvilinin tərəfdarlarına ünvanladığı məktubda deyilir.
 
Ukrayna Baş prokurorluğu Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə 72 saat ərzində Saakaşvili barəsində qərar çıxaracaq.
 
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru, “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili ötən axşam Kiyevdə saxlanılıb. O, Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.
09.12.2017 11:49:00
Oxuma sayı: 984