"Kaspşik Azərbaycanda əldə etdiyi gəlirdən bir neçə villa alıb" - Politoloq deputatın təklifini dəstəklədi
Ölçü:

"ATƏT-in Minsk Qrupu və həmsədrlər 20 ildən çoxdur turistik səfərlərlə məşğuldurlar".

Koordinat.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deputat Zahid Orucun parlamentin dünənki iclasında "ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur" bəyanatına münasibət bildirərkən deyib. Zahid Orucun parlamentdə səsləndirdiyi bu təklifi dəstəklədiyini deyən politoloq polşalı Andjey Kaspşikin öz ölkəsinin Xarici İşlər Nazirliyi sisteminə qayıtmaq istəməməsinə də diqqət çəkib. Onun fikrincə, Kaspşik ona görə ölkəsinə qayıtmır ki, ATƏT-in bölgədəki təmsilçisi kimi yaxşı maaş alır. Onun sözlərinə görə, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu illər ərzində əldə etdiyi gəlir hesabına bir neçə villa alıb: "Bu məlumatı Polşadakı diplomatik mənbələrdən əldə etmişəm. Yəni, Kaspşik  bizim faciəmiz üzərində varidatını artırır, heç bir iş də görmür, o birilər də elə. Ona görə də danışıqları vasitəçilər olmadan, birbaşa qarşı tərəfin təmsilçiləri ilə davam etdirmək lazımdır. Əlbəttə, bu o demək deyil ki, nəticə olacaq. Ancaq heç olmasa bilərik ki, bizim dərdimiz üzərində böyük dövlətlər manipulyasiya ilə məşğul deyillər. Danışıqları birbaşa işğalçı ilə aparmaq lazımdır ki, nəticə olmadıqda məsuliyyət onun üzərində qalsın. Yoxsa, həmsədlər gedirlər İrəvana, oradan gəlirlər Xankəndiyə və Bakıya, oradan bura, burdan da ora xəbər aparırlar, ortada isə heç nə yox".
31.10.2018 22:40:18
Oxuma sayı: 7734