I siniflərdə kiçik summativlər ləğv olunur? - nazirlikdən cavab
Ölçü:


Məktəbdaxili qiymətləndirmənin qaydaları Təhsil Nazirliyinin kollegiyası tərəfindən təsdiqlənib. Hazırda sənəd Ədliyyə Nazirliyi ilə razılaşdırma mərhələsindədir.

Koordinat.az
xəbər verir ki, bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, sənəddə kiçik summativlərlə bağlı dəyişikliklərin edilməsi yalnız I siniflər üçün nəzərdə tutulur: "Birinci siniflərdə kiçik summativlərin ləğvi nəzərdə tutulur. Bu sənəd əsasən böyük summativlərin, müəyyən fənlər üzrə sayının azaldılmasını nəzərdə tutur. Böyük summativlər isə tədris ilinin yarım illərinin sonunda keçirilir. Gözləyirik ki, sənəd yaxın vaxtlarda təsdiq olunacaq. Yalnız bundan sonra sənəd hüquqi normativ status alacaq və təhsil ictimaiyyəti bununla bağlı məlumatlandırılacaq. Yeniliklə bağlı bir müddət əvvəl ictimaiyyəti məlumatlandırmışdıq və müsbət reaksiya olmuşdu".

Hazırda I siniflərdə kiçik summativ qiymətləndirilməsinə gəlincə E.Əmrullayev qeyd edib ki, mövcud qaydalar hələ də qüvvədə olduğuna görə KSQ-lərin keçirilməsi prosesi davam edir.
31.10.2018 13:52:00
Oxuma sayı: 273