Ukraynanın baş prokuroru: "Saakaşvilini qan tökülmədən həbs etdik"
Ölçü:


Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili artıq müvəqqəti saxlanma məntəqəsindədir.

Koordinat.az
xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Yuriy Luçenko bildirib. Baş prokuror deyib ki, Saakaşvili rəsmi axtarışa verilib, yeri müəyyən edildikdən sonra polislər onu Kiyevdə “Otradnoy” küçəsində saxlayıblar: “Söz verdiyimiz kimi, güc strukturları əlindən gələni etdilər ki, Saakaşvilinin saxlanması zamanı hər hansı qan tökülməsin. Hazırda hüquqi proseduralar həyata keçirilir. Saakaşvilinin vəkillərinə onun saxlanması barədə məlumat verilib”.
09.12.2017 11:01:57
Oxuma sayı: 1314