Azərbaycanda 6 minə yaxın xarici tələbə təhsil alır
Ölçü:


“Azərbaycan qlobal təhsilə töhfə verməyə davam edəcək”.

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Ceyhun Bayramov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ADA Universitetində keçirilən “Gələcəyə investisiya: davamlı və inkluziv inkişaf” mövzusunda keçirilən “dəyirmi masa”da deyib. O, təhsilin hər bir ölkənin inkişafında əhəmiyyətli olduğunu vurğulayıb.

“Azərbaycan həm öz, həm də xarici tələbələr üçün təhsilə fəal şəkildə sərmayə ayırır. Hazırda Azərbaycanda 6 minə yaxın xarici tələbə təhsil alır. Bundan əlavə, Azərbaycan Prezidentinin fərmanı ilə qarşıdakı 5 il üçün İslam Əməkdaşlığı Təşkilatına və Qoşulmama Hərəkatına üzv ölkələrdən olan tələbələrə 200 təqaüd ayrılıb”, – nazir bildirib.
C.Bayramov həmçinin təhsilin yüksək səviyyədə olmasından ölkənin bütün fəaliyyət sahələrinin xeyir gördüyünü vurğulayıb.
26.10.2018 11:19:00
Oxuma sayı: 175