Avropada birdəfəlik plastik qablara qadağa qoyuldu
Koordinat.az xəbər verir ki, bu barədə "Amerikanın Səsi" məlumat yayıb. Çərşənbə günü keçirilən səsvermədə 571 nəfər qadağanın lehinə, 53 nəfər isə əleyhinə səs verib. 34 nəfər bitərəf qalıb.
Əgər qanun Avropa Komissiyası və fərdi dövlətlər tərəfindən təsdiqlənərsə qadağa 2021-ci ildən etibarən qüvvəyə minəcək.Qadağanın tərəfdarları deyir ki, plastiklər okeanların və şəhərlərin zibillərlə çirklənməsinin əsas mənbəyidir, onların həll olunması ilə onillər apara bilər.
Plastiklərlə bağlı qanuna butulka, siqaret filtrları kimi digər plastiklərdən istifadənin azaldılması və ya yenidən emal olunması üçün son möhlət tarixi daxildir.
Bu ilin əvvəlində internetdə xilasedicinin tısbağanın qanlı burnundan plastik çubuğu çıxartdığını göstərən dəhşətli video yayılandan sonra bəzi ABŞ şəhərlərindəki restoranlarda da plastik çubuqların istifadə qadağan edilib.
26.10.2018 09:39:13
Oxuma sayı: 1080