Mahmud Abbas xalqı silahlı müqavimətə çağırdı
Ölçü:


ABŞ-ın Qüds şəhərinin İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar olaraq İordan çayının qərb sahilində gərginlik artıb.

Koordinat.az
xəbər verir ki, sahildəki bir sıra qəsəbələrdə nümayişçilər Trampın Qüds qərarına etiraz olaraq Fələstin bayraqları və plakatlar qaldırıblar. Ramallahın mərkəzi meydanından hərəkətə keçən fələstinlilər küçələrdə ABŞ və İsrail əleyhinə şüarlar səsləndirirlər. Tulkerm, Cənin, Kəlkiliyyə, Beyt Ləhm, əl-Xəlil, Əriha yaşayış məntəqələrində etirazçılarla İsrail təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub.

Gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edən İsrail polisinə fələstinlilər daşlarla qarşılıq verib. İordan çayının qərb sahilində baş verən toqquşmalar zamanı 108 fələstinli yaralanıb.

Bu arada Fələstin dövlətinin başçısı Mahmud Abbas xalqı Qüdsü və ölkənin işğal altında olan digər torpaqlarının geri qaytarılması uğrunda silahlı müqavimət göstərməyə çağırıb.

Mahmud Abbas deyib ki, Trampın qərarının heç bir hüquqi əsası yoxdur: “Qüds ərəb-müsəlman və xristian şəhəridir. Qüds Fələstinin əbədi paytaxtıdır. Vaşinqton bu qərarı ilə beynəlxalq və ikitərəfli sülh prosesinin altını qazıyıb. Bu, ABŞ-ın sülh danışıqlarından çəkildiyi anlamına gəlir”.
 
07.12.2017 21:26:00
Oxuma sayı: 54