Ərdoğan Moldovaya gedir
Ölçü:


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 17-də Moldovaya iki günlük rəsmi səfərə gəlir.

Koordinat.az xəbər verir ki, Ərdoğan səfər çərçivəsində Moldova prezidenti İqor Dodon, parlamentin spikeri Andrian Kandu və baş nazir Pavol Filipp ilə görüşlər keçirəcək. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq.

Rəcəb Tayyib Ərdoğan, həmçinin Türkiyə hökumətinin maliyyə dəstəyi ilə bərpa edilən Moldova Prezidenti Administrasiyasının binasının açılışında iştirak edəcək.

Türkiyə prezidenti səfərinin ikinci günü Moldovanın cənubuna gedərək bir sıra sosial obyektlərin açılış mərasimlərinə qatılacaq, Qaqauz Muxtar Regional Torpağın rəhbərliyi ilə görüşlər keçirəcək.
17.10.2018 14:11:00
Oxuma sayı: 662