Gürcüstanda prezidentliyə namizədlərin sayı açıqlandı
Ölçü:

Gürcüstan Mərkəzi Seçki Komissiyasında (MSK) 25 nəfərin prezidentliyə namizədliyi rəsmi qeydiyyata alınıb.

Koordinat.az  xəbər verir ki, bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Anna Dolidze məlumat verib.

O deyib ki, mövcud qanunvericiliyə görə, prezidentliyə namizədlər səsverməyə 12 gün qalanadək, yəni oktyabrın 16-da öz namizədliyini geri götürə bilərdi.

Lakin bu günədək namizədlərin heç biri müvafiq məsələ ilə bağlı MSK-ya müraciət etməyib. Odur ki, seçki bülleteninə 25 namizədin hamısının adı daxil ediləcək.

Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Prezidentliyə 25 namizəddən 19-u siyasi partiyalar, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

17.10.2018 11:22:00
Oxuma sayı: 385