4,9 bal gücündə zəlzələ olub
Ölçü:


İranın qərbində yerləşən Kirmanşah əyalətinin Qəsr-i-Şirin rayonunda 4,9 bal gücündə zələzələ olub.

Koordinat.az xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb. Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb. Ölən, yaralanan və dağıntı barədə hələlik məlumat yayılmayıb. Qeyd edək ki, Qəsr-i-Şirin İraqla sərhəddə yerləşir.

Xatırladaq, ötən il noyabrın 12-də Kirmanşahda baş vermiş zəlzələ nəticəsində 620 nəfər ölmüş, 8 mindən çox insan yaralanmışdı.
17.10.2018 09:14:00
Oxuma sayı: 530