Prezident Quba Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırdı
Ölçü:


Azərbaycan Prezidenti İlham Əliyev Quba şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Koordinat.az
xəbər verir ki, sərəncama əsasən, Quba şəhərində 32 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb. 
07.12.2017 17:41:00
Oxuma sayı: 72