Sürüşmə sahəsindəki evlərdə yeni çatlar yarandı
Ölçü:



Badamdarda sürüşmə sahəsində monitorinqlər davam etdirilir.

Koordinat.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.
Sürüşmə sahəsi üzərində süxur qırıntılarının yola doğru hərəkəti müşahidə olunub. Ərazinin üst hissəsindəki evlərin divarlarında yeni çatlar qeydə alınıb.

16.10.2018 17:07:00
Oxuma sayı: 511