Polis Saakaşvili çimməyə qoymadı
Ölçü:


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kiyevin mərkəzində yerləşən eyniadlı mehmanxanaya daxil olmaq istəyib lakin uğursuz cəhddən sonra yenidən Radanın yanındakı çadıra dönüb.

Koordinast.az
xəbər verir ki, yayılan məlumatlara görə, tərəfdarları Saakaşvilinin çimmək üçün mehmanxanaya daxil olmaq istədiyini vurğulayıblar: "Bu gün səhər Saakaşvili Kiyev mehmanxanasına daxil olaraq nömrələrdən birində çimmək istəyib lakin cəhdi baş tutmayıb”- deyə Ali Radanın deputatı Anton Geraşenko deyib.

Deputatın fikrincə, Saakaşvilinin əsas məqsədi polislə tərəfdarlarının toqquşmasını təşkil etmək və bunun hesabına ölkədaxilindəki situasiyanı sıradan çıxarmaqdır.
07.12.2017 14:37:00
Oxuma sayı: 52