Ərdoğan Qüds məsələsinə görə Putinə zəng edəcək
Ölçü:


Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Qüds ətrafında yaranmış böhranı müzakirə edəcək.

 Koordinat.az
xəbər verir ki, tərəflər ABŞ səfirliyinin Qüdsə köçürülməsini pisləyəcək.
Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, bu axşam Rusiya prezidenti Putinlə türkiyəli həmkarı Ərdoğan arasında telefon danışığı olacaq. Tərəflər ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsindən sonra Yaxın Şərqdə yaranacaq situasiyanı müzakirə edəcəklər.

Xatıırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən gün Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıyıb. ABŞ-ın bu addımı İsrail-Fələstin münaqişəsindəki vəziyyəti gərginlləşdirib.
07.12.2017 17:14:00
Oxuma sayı: 53