Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı
Ölçü:



Bərdə rayonunda su arxından meyit tapılıb.

Koordinat.az
-ın "Report"a istinadən məlumatına görə, bu barədə yerli sakinlər hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Meyitin Bərdə rayon sakini, 1994-cü təvəllüdlü Elvin Mehman oğlu İmanlıya məxsus olduğu müəyyənləşib. Üzərində zorakılıq əlamətləri müşahidə edilməyən meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
15.10.2018 19:44:00
Oxuma sayı: 409