Böyük Britaniyanın ticarət naziri Bakıya gəlir
Ölçü:


Böyük Britaniyanın ticarət və ixracın təşviqi dövlət naziri Baronessa Rona Fairhead dekabrın 14-15-də Azərbaycana səfər edəcək.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən Koordinat.az-a verilən məlumata görə, səfərin məqsədi Bakıda Azərbaycan hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın ikinci iclasında iştirak etməkdir.

Rona Fairhead birgə Hökumətlərarası Komissiyanın Böyük Britaniya tərəfindən həmsədridir.

Azərbaycan tərəfindən isə birgə Hökumətlərarası Komissiyaya iqtisadiyyat naziri Şahin Mustafayev həmsədrlik edir. 
07.12.2017 16:37:00
Oxuma sayı: 38