YAP-çı deputat: "Dövlət büdcəsi sosializmdən fərqlənməlidir"
Ölçü:


Maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Koordinat.az xəbər verir ki, Samir Şərifov Azərbaycanın dövlət büdcəsinin sosializmdən fərqlənməməyi ilə bağlı deyilən fikirlərlə razılaşmır: "Neçə illərdir Milli Məclisə gəlir və heç zaman da burada özümü qonaq kimi hiss etmir: “Milli Məclisdə mənim də təmsil olunduğum iqtidarın – hakim Yeni Azərbaycan Partiyasının üzvləri təmsil olunur. YAP üzləri Milli Məclisdə kifayət qədər çoxluq təşkil edir və dövlətin siyasətini, dövlət tərəfindən verilən təklifləri dəstəkləyirlər”.

Xatırladaq ki, Siyavuş Novruzov Milli Məclisdə keçirilən büdcə müzakirələrində çıxışında "Azərbaycanın dövlət büdcəsi sosializmdən fərqlənməlidir, yeni dəyərlər əsasında qurulmalıdır" – söyləyib.

07.11.2017 14:44:00
Oxuma sayı: 1081