Badamdardakı sürüşmə zonasında müşahidələr davam etdirilir
Ölçü:


Badamdar- 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib.

Koordinat.az
xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaratdığı Qərargahın saat 9:00-a olan məlumatında deyilir.

"Son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb", - deyə ETSN-in mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl Qərargah üzvlərinin ərazidə növbətçilik əsasında müşahidələr apardığı qeyd edilmişdi.
14.10.2018 09:26:00
Oxuma sayı: 392