Şəhidlərin “qanpulu”ndan 1 faiz tutulmayacaq
Ölçü:


“Kapitalbank” şəhid ailələri üçün nəzərdə tutulan birdəfəlik ödənişlərə görə 10 manat "arayışpulu"nu ləğv edib.

Koordinat.az xəbər verir ki, bunu “Kapitalbank”ın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov Modern.az-a açıqlamasında bildirib. O qeyd edib ki, ümumilikdə bankda arayış alınması üçün dövlət rüsumu 10 manat müəyyən edilib: "Hesab açılması ödənişsiz olsa da, hesab üzrə arayış alınması ödənişlidir. Amma şəhid ailələri üçün nəzərdə tutulan birdəfəlik ödənişlərə görə 10 manat komissiya ləğv edilib”.

Bəzi vərəsələrin 10 manat rüsum ödəməsinə gəlincə, bank rəsmisi bunun anlaşılmazlıqla bağlı olduğunu bildirib: “Oktyabrın 8-də ölkə başçısının sədrliyilə keçirilən müşavirədən sonra  prosesə başlanılıb. 9 və 10 oktyabr tarixlərində bəzi Şəhid ailələri dərhal arayış alıblar. Bizim bankın isə daxili prosedurları və sistemi var. O sistemi dərhal dəyişmək mümkün deyil. Həmin iki gün ərzində bəzi filiallarda 10 manat rüsum ödəyənlər olub. Biz sizin vasitənizlə müraciət edərək bildiririk ki, vərəsələr ödəniş etdikləri filiala qəbzlə yaxınlaşaraq 10 manatı geri ala bilərlər. Artıq bu gündən etibarən isə arayış almaq üçün yaxınlaşan şəhid ailələrinin üzvlərindən 10 manat rüsum alınmayıb”.
 
Pərviz Sədrəddinovun sözlərinə görə, 11 min manat üçün nağdlaşdırma ödənişi (110 manat) də tətbiq edilməyəcək: “Pul nağdlaşdırılması üçün 1 faizlik komissiya (110 manat) da ləğv edilib. Dövlət tərəfindən ayrılan vəsait tam olaraq şəxslərin ailə üzvlərinə veriləcək”. 
12.10.2018 15:18:49
Oxuma sayı: 863