Bakıya yağış, rayonlara qar yağacaq
Ölçü:


Bakıda və Abşeron yarımadasında dekabrın 8-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi  gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, sabah havanın temperaturunun gecə  2-4° isti, gündüz  6-9° isti, Bakıda gecə  2-4° isti, gündüz  7-9° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758  mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi  rütubət  80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz  6-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz  2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
07.12.2017 12:38:00
Oxuma sayı: 37