Badamdardakı sürüşmə zonasında gərginlik - 8 ailə evlərindən çıxarılır
Ölçü:


2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istnad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb.

Səbail Rayon İcra Hakimiyyətindən Koordinat.az-a verilən məlumata görə, məsələ ilə əlaqədar hazırda Fövqəladə Hallar Komissiyası, Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi,  Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Hazirliyinin mütəxəssisləri hadisə yerində olublar. Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır. Badamdar şossesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Həmçinin əraziyə yaxın obyeklərini fəaliyyəti dayandırılıb. Bundan başqa, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

 

 

Hazırda ərazidə araşdırmalar aparılır.
12.10.2018 13:38:00
Oxuma sayı: 502