Putinlə Tramp Parisdə görüşə bilər
Ölçü:


“ABŞ tərəfi də bunda maraqlı olarsa, Putinlə Tramp arasında görüş keçirilə bilər”.
Koordinat.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin Şimali Amerika departamentinin direktoru Georgi Borisenko açıqlama verib.

Borisenko Vaşinqtonla Moskva arasında ikitərəfli danışıqların aparıldığını vurğulayıb.

“ABŞ tərəfi dialoqun davam etdirilməsində maraqlı olarsa, təbii ki, biz görüşün keçirilməsi barədə qərar verə bilərik”.

Xatırladaq ki, noyabrın 11-də Parisdə Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə bağlı anım tədbirində həm Putin, həm də Tramp iştirak edəcək.

Onların həmin tədbirdə görüşməsi ehtimalı yüksəkdir.
12.10.2018 10:33:33
Oxuma sayı: 99