Ana məhkum qızına spirtli keçirmək istədi
4 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Koordinat.az xəbər verir ki, Penitensiar xidmətdən
verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2; 310 və 66.3-cü
maddələrinə əsasən 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum
Akimova Aygün Bəxtiyar qızının yanına qısamüddətli görüşə gəlmiş anası
Bakı şəhər sakini Akimova Dilarə Yusif qızı tərəfindən gətirilmiş
sovqata baxış keçirilən zaman “Nabeghlavi” adlı plastik su qabında
kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
11.10.2018 18:19:38
Oxuma sayı: 502