Vüqar Səfərli: "Jurnalistlərin 3-cü binası 2020-də təhvil veriləcək"
Ölçü:


“Jurnalistlər üçün tikilən üçüncü binada hazırda işlər gedir.”

Koordinat.az  xəbər verir ki, bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. O qeyd edib ki, 2020-ci ildə 255 mənzilli binanın jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulub: “Jurnalistlərin sosial mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə artıq iki bina təhvil verilib. 2013-cü ildə jurnalistlərin istifadəsinə verilən birinci bina 156 mənzili əhatə edirdisə, 2017-ci ildə təhvil verilən ikinci bina isə 255 mənzildən ibarətdir.”
11.10.2018 17:59:14
Oxuma sayı: 419