Avtomobil verilən dini icmaların SİYAHISI
Ölçü:


“Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir".

Koordinat.az
xəbər verir ki, bunu Fondun icraçı direktoru Mehman İsmayılov bildirib. O, bildirib ki, dini icmalar hüquqi şəxslərdir və hər bir icma ən azı 50 nəfəri özündə birləşdirir: “Dini icmalar fəaliyyət göstərdikləri məscidlərə himayədarlıq edir, onlarla bağlı məsələləri tənzimləyirlər. Məscidlərə yüzlərlə, bəzən minlərlə insan gəlir. Dini icmalar ayin və mərasimlərin təşkili, ibadət evinin fəaliyyətinin tənzimlənməsi, maarifçilik işinin aparılması və digər məsələlərlə məşğul olur. Bunlar isə heç də kiçik məsələlər deyil. Söhbət insanların, ümumilikdə cəmiyyətimizin dini, mənəvi tələbatının ödənilməsindən gedir. Dini icmalar, demək olar ki, ianələr hesabına maliyyələşir. Məscidlərə isə böyük məbləğdə ianələr verilmir. Bu baxımdan dini icmaların böyük əksəriyyətinin maddi-texniki təhcizatı yaxşı səviyyədə deyil. Dövlət başçısı bu reallıqları nəzərə alaraq belə sərəncam imzalayıb”.

O ki, qaldı avtomobillərin hansı icmalara verilməsinə, M.İsmayılov deyib ki,bu, Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı və Fondun Himayəçilər Şurasının müzakirəsindən sonra razılaşdırılıb: “Dini icmalara avtomobillərin verilməsində bir neçə amil nəzərə alınıb. Məsələn, hər bir bölgədən daha çox ehtiyaclı olan, həmçinin aktivliyi ilə seçilən dini icmalar əsas götürülüb. İlkin mərhələdə 14 avtomobil verilmiş dini icmaların siyahısına baxmaq bu reallığı görmək üçün kifayətdir. Noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub”.

Avtomobillər verilən 14 dini icmanın siyahısı:

Nardaran qəsəbəsi “Rəhimə Xanım Ziyaratgahı” məscidi dini icması
Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması
Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması
Tərtər rayonu “Cümə” məscidi dini icması
Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması
Şuşa şəhəri “Gövgər Ağa Cümə” məscidi
Biləsuvar şəhəri “Cümə” məscidi dini icması
Neftçala şəhəri “Sahib Əzzaman” məscidi dini icması
Şəki şəhəri “Ömər Əfəndi” məscidi dini icması
Qusar şəhəri "Mustafa Kazdal" məscidi dini icması
Sabirabad şəhəri “Heydər” məscidi dini icması
Gədəbəy şəhəri “Cümə” məscidi dini icması
Qazax şəhəri “Cümə” məscidi dini icması
(Modern.az)

11.10.2018 15:36:00
Oxuma sayı: 216