Paşinyan: "Qarabağda sülhə nail olmaq üçün..."
Ölçü:


“ATƏT-in Minsk qrupunun həmsədrləri 20 ildən çoxdur Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğuldur. Lakin həll prosesində hansısa irəliləyiş yoxdur”.

Koordinat.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Erməni baş nazir bu illər ərzində münaqişə tərəflərinin çoxlu sayda itkilər verdiyini bildirib: “Qarşıdurma minlərlə insanın həyatına son qoydu. Hələlik səylər nəticə vermir”.

Nikol Paşinyan Azərbaycanın Dağlıq Qarabağdakı rejimin prosesə cəlb edilməsinə razı olmadığını diqqətə çatdırıb: “Lakin biz hesab edirik ki, Dağlıq Qarabağın statusunu bu bölgədə yaşayan insanlar müəyyən edə bilərlər”.

Baş nazir münaqişənin hərbi yolla həll variantının təhlükəli olduğunu vurğulayıb: “Sülhə nail olmaq üçün səyləri artırmaq lazımdır”.

11.10.2018 14:37:39
Oxuma sayı: 712